Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb və Cənub regional mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib

17-05-2024 1385 dəfə oxunub
Ombudsmanın Qərb və Cənub regional mərkəzləri tərəfindən maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən Yevlaxda və Masallıda “Miqrantların saxlanılması mərkəzlərində insan hüquqlarının təmini” və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlər zamanı Müvəkkilin əlilliyi olan şəxslərin, miqrantların hüquqlarının təmini istiqamətlərində fəaliyyəti barədə ətraflı məlumat verilib, Ombudsman haqqında Qanunda edilmiş son dəyişikliklərdən bəhs olunub.

Tədbirlərdə, həmçinin mövzular üzə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.