Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Masallıda vətəndaşları qəbul edib

18-05-2024 869 dəfə oxunub
Ombudsman Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Cənub Regional Mərkəzində Masallı, Cəlilabad, Lənkəran və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Səbinə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Müvəkkil Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonlardan müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib. Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, onların bəzi müraciətləri yerində təmin olunub. Müraciətlərdə qeyd edilmiş problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağı qeyd edilib.

Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi və digər müraciət vasitələri barədə məlumat verilib.