Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Suriyadan repatriasiya olunmuş vətəndaşlarımızın hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb

20-05-2024 1296 dəfə oxunub
Suriyadan repatriasiya olunmuş vətəndaşlarımızın hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb

Cari ilin 14 may tarixində 5-i uşaq və 3-ü qadın olmaqla, daha 8 Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb.

Aparatın nümayəndələrinə sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və aparılması nəzərdə tutulan işlər barədə məlumat verilib.

Qeyd edək ki, Suriyadakı vətəndaşlarımızın ölkəyə qaytarılması ilə bağlı Ombudsmana ünvanlanan müraciətlər diqqətdə saxlanılır. Həmin şəxslərin hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə səlahiyyətli dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət davam etdirilir.