Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

26-05-2024 1364 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyev tərəfindən imzalanmış növbəti Əfv Sərəncamının icrası prosesində iştirak edib.

Ombudsman Əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olub.

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesi ilə bağlı təşkil olunmuş tədbirdə məhkumları əfv olunmaları münasibətilə təbrik edib və çıxışı zamanı 28 May – Müstəqillik Günü ərəfəsində Əfv Sərəncamının imzalanmasının ölkəmizdə insan hüquq və azadlıqlarının təmininə göstərilən diqqətin daha bir təzahürü olduğunu bildirib.

Ombudsman bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları dövlətimizin humanizm prinsiplərinə əsaslanan cəza-icra siyasətinin real göstəricisidir.

Daha sonra Səbinə Əliyeva əfv olunmuş qadınlara azadlığa çıxmaları haqqında sənədləri təqdim edib, onları və ailə üzvlərini təbrik edərək penitensiar müəssisələrdən azad olunmuş şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası üçün ölkəmizdə yaradılmış imkanlardan istifadə etməyə, dövlətçiliyə sadiq qalmağa çağırıb.

Əfv olunan şəxslər davamlı olaraq yürüdülən humanist siyasətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, əfv olunmuş şəxslər sırasında Ombudsmanın vəsatətləri əsasında müvafiq siyahıya salınmış şəxslər də var.