Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən “Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

12-06-2024 1091 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən “Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü”nə həsr olunmuş  maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü”nə həsr olunmuş “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib. 

Çıxış zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı uşaqların əmək hüququ, işə qəbul edilərkən onlara tətbiq edilən güzəştlər, uşaq əməyinin istismarının qarşısının alınmasının hüquqi aspektləri haqqında danışıb, Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, eləcə də Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə məlumat verib.

Mərkəzin pedaqoji heyətinin və tələbələrinin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram“ı və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə keçirilib.