Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

14-06-2024 1145 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə məruzəçi qismində iştirak edən Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxışı zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada nəzərdə tutulmuş öhdəliklər, Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Ombudsmana ünvanlanan müraciətlərin məzmunu, əlilliyi olan şəxslərin sağlamlıq, təhsil və əmək hüquqlarının təşviqi, müyəssərliyin təmini, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində aparılan işlər haqqında danışıb.

Yekunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.