Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Astarada “İnsan Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

14-06-2024 1194 dəfə oxunub
Astarada  “İnsan Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

 “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı  tərəfindən Astara rayonunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, səhiyyə qurumlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova Ombudsman tərəfindən 18 may-18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunduğu və Ombudsmanın insan hüquq və azadlıqlarının, o cümlədən, informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində geniş fəaliyyəti, o cümlədən Müvəkkil tərəfindən dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi funksiyasının icrası barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir zamanı həmçinin iştirakçılara “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlaqədar təqdimat və müvafiq sahədə videoçarx nümayiş etdirilib.

Tədbirin yekununda iştirakçılara Ombudsman Aparatının maarifləndirici bukletləri təqdim olunub və fikir mübadiləsi aparılıb.