Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı DİN-in Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” ilə bağlı dəyirmi masada iştirak edib

17-06-2024 988 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı DİN-in Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” ilə bağlı dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Konstitusiya Məhkəməsi Aparatının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlarının, müəllim-zabit heyəti və kursantların iştirakı ilə “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov “İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin əsas məqsədidir” adlı məruzə ilə çıxış edərək ölkəmizdə bu sahədə həyata keçirilən hüquqi islahatlar, o cümlədən son illər ərzində Müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib

Tədbirdə, həmçinin digər məruzəçilərin Azərbaycan Respublikasında Konstitusiya ədalət mühakiməsi ilə insan hüquqlarının müdafiəsi, normayaratma fəaliyyətində insan hüquqlarının təminatı, insan hüquqları istiqamətində islahatlar, DİO-da əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və Azərbaycan polisinin fəaliyyətində insan hüquqları standartları ilə bağlı çıxışları da dinlənilib. 

Daha sonra çıxışlar ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.