Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında cari ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

21-06-2024 1510 dəfə oxunub
Ombudsman Aparatında cari ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında cari ilin altı ayının yekunlarına dair müşavirə keçirib.

Aparatın struktur bölmələrinin rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə 2024-cü ilin birinci yarısında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, Müvəkkilə ünvanlanan şikayət və müraciətlər, müxtəlif əhali qruplarının hüquqlarının təmini, Ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində işgəncə və pis rəftar hallarının qarşının alınması ilə bağlı görülən işlər barədə müzakirələr aparılıb, hesabatlar dinlənilib.

Müşavirədə Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklər əsasında Müvəkkilin yeni funksiyalarının icrası istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə həyata keçirilmiş fəaliyyət və bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə müzakirə aparılıb.

Müşavirə zamanı, həmçinin qarşıda duran vəzifələrdən bəhs olunub, struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Yekunda Ombudsman Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli müdafiəsi, MPM qismində fəaliyyəti və digər prioritet istiqamətlərdə fəaliyyətin inkişafına və daha da təkmilləşdirilməsinə dair tövsiyələrini verib.