Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 24 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu orden və medallarla təltif olunublar. Təltif olunan dövlət qulluqçuları sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da vardır.
Dövlət qulluqçularının fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk. Həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.