Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Qubada keçirilib

09-08-2024 1467 dəfə oxunub
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Qubada keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Qubada təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, MSK və Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışıb.

Komissiyanın üzvü MSK tərəfindən görülmüş işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Aparat rəhbəri Aydın Səfixanlı çıxışı zamanı seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib.

A.Səfixanlı ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən, müşahidəçilik institutunun əhəmiyyətindən bəhs edib. O, ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, Müvəkkilin və təsisatın əməkdaşlarının özlərinin təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində müşahidə aparacaqlarını bildirib.

Sonra MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Rüstəm Babayev tədbirdə məruzə ilə çıxış edib, MSK tərəfindən görülən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan, eləcə də seçki prosesində media subyektlərinin vəzifələrindən danışıb.

Tədbirdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.