Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

20-08-2024 1656 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsi, Lənkəran-Astara regional Mədəniyyət İdarəsi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov “Multikulturalizm və insan hüquqları” mövzusunda məruzə ilə çıxış edib, Müvəkkilin ölkəmizdə hüquq bərabərliyinin təmin olunması, ayrı-seçkiliklə mübarizə sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Tədbirdə, həmçinin Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və dözümlülük şəraitində yaşadığı qeyd edilib, milli həmrəyliyin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

Yekunda mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.