Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbir keçirilib

10-09-2024 1400 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması, əlilliyi olan şəxslərin hüquqları, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı maarifləndirməyə dair tədbirlər planının icrası çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi və Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsmanın rolu” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib, bu istiqamətdə həyata keçirilən fəaliyyəti barədə məlumat verib.

Həmçinin “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edilib, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və bir sıra digər istiqamətlərdə Müvəkkilin mandatının genişləndirildiyi diqqətə çatdırılıb.

Yekunda mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.