Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.
Ombudsman və Aparatın əməkdaşları xatirə daşının önünə tər güllər düzüb, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.