Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27-09-2024 1293 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri tərəfindən 27 Sentyabr – Anım Günü münasibətilə anım mərasimləri keçirilib.

Təşkil olunmuş tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olmuş torpaqlarımızın azad edildiyi bildirilib.

Eyni zamanda, Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində zərər dəymiş ərazilərimizdə Ombudsman Səbinə Əliyeva tərəfindən keçirilmiş faktaraşdırıcı missiyalar, dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlar və müraciətlər barədə də məlumat verilib.

Regional mərkəzlərin əməkdaşları, həmçinin İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş hərbi qulluqçularımızın ailələrini ziyarət ediblər.