Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

18-10-2024 331 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

Tədbirlərdə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasından, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bəhs olunub.

Eyni zamanda, Ulu Öndər Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verilib.