Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbirlər həyata keçirilib

27-10-2024 281 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbirlər həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində ölkəmizdə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gəncə və Daşkəsəndə hüquqi maarifləndirici tədbirlər həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər 4 saylı Uşaq Evi sosial xidmət müəssisəsində, Elm və Təhsil Nazirliyinin Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında və Daşkəsən rayonu 1 saylı tam orta məktəbdə müvafiq olaraq “Uşaqların hüquq və vəzifələri”, “Hüquqlarımızı bilək, ətraf mühiti qoruyaq!” və “Ətraf mühit və Uşaq hüquqları” mövzularında keçirilmiş tədbirlərdə Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə uşaq hüquqları sahəsində mandatının genişləndirilməsi barədə məlumat verib.

Eyni zamanda, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, iqlim dəyişmələri və onun fəsadlarından təsirlənən əhali qrupu kimi uşaqların hüquqlarının müdafiəsi, onların bu istiqamətdə məlumatlandırılması istiqamətində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.