Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Astarada maarifləndirici tədbir keçirilib

05-11-2024 217 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Astarada maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkəmizdə elan edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti, Astara rayon Heydər Əliyev Mərkəzi, Astara rayon təhsil sektoru və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının səmərəli müdafiəsində Müvəkkilin fəaliyyətinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbiri keçirilib.

Regional Mərkəzin rəhbəri Ziya İsmayılov Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsindəki geniş fəaliyyəti, Ombudsmanın “916” Çağrı Mərkəzi və digər müraciət vasitələri barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.