Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda tədbirlər keçirilib

07-11-2024 512 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Mingəçevir, Balakən və Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyalarda və 6 saylı uşaq evi sosial xidmət müəssisəsində “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda tədbirlər keçirilib.

Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov tədbirlərdə çıxış edərək, uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən işlər barədə məlumat verib.

Eyni zamanda, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının müddəaları, həmçinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası”nın məqsədi və prioritet istiqamətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.