Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

07-11-2024 483 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququna həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən uşaq hüquqları sahəsində biliklərin daha da təkmilləşdirilməsi məqsədilə Bakı şəhəri Xəzər rayonu 181 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi əməkdaşları təqdimatla çıxış edərək, Müvəkkilin müvafiq sahələrdə həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi haqqında məlumat veriblər.

Eləcə də BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqların informasiya əldə etmək hüququnun müdafiəsi, informasiya təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin informasiya əldə etmək hüququ ilə bağlı videoçarx nümayiş olunub, məktəbə uşaq hüquqlarının təmininə dair maarifləndirici bukletlər və plakatlar hədiyyə edilib.

Sonda tədbirdə fəal iştirak edən məktəblilər fəxri diplomlarla təltif olunublar.