Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman COP29 çərçivəsində “Afrikada Qlobal Uyğunlaşma Məqsədinin inklüzivliyini və onun həyata keçirilməsini təşviq etmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yan tədbirdə iştirak edib

16-11-2024 226 dəfə oxunub
Ombudsman COP29 çərçivəsində “Afrikada Qlobal Uyğunlaşma Məqsədinin inklüzivliyini və onun həyata keçirilməsini təşviq etmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yan tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli QHT Forumu və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən təşkil olunmuş “Afrikada Qlobal Uyğunlaşma Məqsədinin inklüzivliyini və onun həyata keçirilməsini təşviq etmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yan tədbirdə iştirak edib.

Ombudsman tədbirdə çıxışı zamanı milli insan hüquqları institutlarının regional şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müvəkkil iqlim dəyişmələri təsirlərinin azaldılması təşəbbüslərinə insan hüquqları perspektivindən yanaşmaların tətbiqi və bu sahədə regional və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətlərində birgə fəaliyyətin həyata keçirilməsi təklifləri ilə çıxış edib.