Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Ağdaş və Göyçayda uşaq müəssisələrinə başçəkmələr keçirilib

19-11-2024 275 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Ağdaş və Göyçayda uşaq müəssisələrinə başçəkmələr keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində əvvəlcədən xəbərdarlıq etmədən Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziyaya və Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya başçəkmə keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisələrdə müxtəlif yaş qruplarından olan uşaqlar üçün yaradılmış şəraitin, rəftar məsələlərinin, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətini öyrənmək olub.

Başçəkmə zamanı tibb, istirahət, yataq, əmək, oyun otaqlarına, yeməkxanaya və digər inzibati otaqlara baxış keçirilib və mövcud şərait araşdırılıb, müəssisə rəhbərliyi, şagirdlər, pedaqoji heyətlə fərdi söhbətlər aparılıb.

Əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş bir sıra çatışmazlıqların aradan qaldırılmasına baxmayaraq, bəzi problemlərin hələ də qaldığı müşahidə edilib.

Yekunda müəssisələrin rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı tövsiyələr verilib, müvafiq maarifləndirici vəsaitlər təqdim edilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.