Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə “1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar Gəncə Tibb Kollecində “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.
Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxışı zamanı dünyada bu günün qeyd olunmasının məqsədləri, habelə ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə, həmçinin iştirakçılara QİÇS-lə mübarizəyə dair maarifləndirici bukletlər təqdim edilib, sosial videoçarx nümayiş olunub.