Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin olunub.
Bu vəzifəyə ixtisasca hüquqşünas və hazırkı təyinatına qədər uzun illər dövlət qulluğunun xüsusi növündə olan orqanlarda Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə, eləcə də ictimaiyyətlə əlaqələr və mətbuat sahəsində də fəaliyyət göstərən Araz Əsgərli təyin edilib.