Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı Regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun və Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Masallı rayon R.Tağıyev adına Xıl kənd tam orta məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov erkən nikah problemi, erkən nikahların fəsadları və onların aradan qaldırılması üzrə effektiv tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə Müvəkkilin fəaliyyəti barədə məlumat verib.
Daha sonra DQİDK-nın Masallı regional bölməsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun və Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin rəhbər şəxsləri çıxış edərək, rayonda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən, həyata keçirilən müxtəlif tədbirlərdən danışıb, aidiyyəti dövlət qurumlarının və cəmiyyətin erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmini vurğulayıblar.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavlandırılıb.