Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda iştirak edib

05-12-2024 194 dəfə oxunub
Ombudsman “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda iştirak edib.

Qeyd edək ki, ötən əsrdə yüz minlərlə soydaşımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınıb, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızca qətlə yetirilib.

Ötən müddət ərzində Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı əsrlər boyu nifrət siyasətinə əsaslanan etnik təmizləmə, insanlıq əleyhinə törətdiyi cinayətlərə dair xüsusi hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib. Həmçinin, Müvəkkil bütün beynəlxalq platformalarda Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi ilə bağlı mütəmadi çağırışlar edib.