Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ekspert qismində iştirak edib.
N.Ağayeva Forum çərçivəsində “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq” adlı işçi qrupda ekspert qismində təqdimatla çıxış edərək mövzu üzrə uşaqlarla müzakirələr aparıb.
İşçi qrupda uşaq hüquqlarının müdafiəsi və ekoloji təhlükəsizlik üzrə qanunvericilik aktları, bu sahədə müdafiə mexanizmləri və Ombudsmanın rolu, qlobal ekoloji problemlərin uşaqların inkişafına təsirinə dair mövcud problemlərin həlli yolları istiqamətində müzakirələr aparılıb, mövzu üzrə təkliflər hazırlanaraq Forum zamanı iştirakçılara təqdim edilib.