Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

11-12-2024 150 dəfə oxunub
Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun I Nügədi kəndində, ictimayət nümayədələrinin iştirakı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə, ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər - Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra, Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev, iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayaraq, onları 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə təbrik etdi. 

O çıxış edərək 10 dekabr 1948-ci il tarixdə BMT Baş Məclisi tərəfindən “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin qəbul edildiyini və 1950-ci ildən başlayaraq 10 dekabr tarixinin hər il Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıdı. Bildirildi ki, insan hüquqları sahəsində bütün ölkələrin əməl etməli olduğu normaları müəyyən edən bu sənəd dünya ölkələrinin əksəriyyəti tərəfindən imzalanıb. Dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulğunu bildirdi.