Ombudsmanın Qərb Regional Mərkəzi 2 saylı Gəncə ASAN xidmət mərkəzinin əməkdaşlarının və könüllülərinin iştirakı ilə 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş “Heydər Əliyev və İnsan hüquqları” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Ümumdünya İnsan hüquqları Gününün mahiyyəti, insan hüquqları sahəsində mövcud olan universal normalar, həmçinin H.Əliyevin insan hüquqlarının təsbiti və həyata keçirilməsi sahəsində Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri, 1998-ci ildə imzaladığı strateji sənədlər haqqında ətraflı məlumat verilib.
Tədbir mövzu ilə bağlı aktiv müzakirələr şəraitində davam etmiş, iştirakçılar tərəfindən mövzu ilə bağlı çıxışlar edilib.