Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirib

13-12-2024 217 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirib

Ombudsmanın Cənub Regional Mərkəzi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyası çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində (PTM) maarifləndirici tədbir keçirib. 

 PTM-nın pedaqoji heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı Regional Mərkəzin rəhbəri Ziya İsmayılov Konstitusiyamızda və digər normativ- hüquqi aktlarda, habelə tərəfdar çıxdığımız beynəlxalq normativ-hüquqi sənədlərdə hüquq bərabərliyi, qadınlara qarşı ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyinin təsbit olunduğunu qeyd edib.

 Ölkəmizin CEDAW və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulmasının, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşmasının, normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsin mühüm addım olduğu vurğulanıb. 

Z. İsmayılov cinsi mənsubiyyətə görə zorakılıq hallarının cəmiyyətdə aşkar mənfi münasibətə və dözümsüzlüyə səbəb olduğunu, bu kimi halların dünyanın bir çox ölkələrində hələ də problem olaraq qaldığını, belə halların məişət zorakılığı cinayətlərinə yol açdığını bildirib.

Z. İsmayılov beynəlxalq təcrübədə bu kimi halların qarşısının alınmasında zorakılıqdan əziyyət çəkən şəxslərə maddi yardımın göstərilməsi, nəzarət-profilaktik tədbirlərin mütəmadi həyata keçirilməsi, ixtisaslaşmış qaynar xətlərin yaradılması, zorakılıq qurbanlarının reabilitasiyasını həyata keçirən və təhlükəsizliyini təmin edən yardım mərkəzlərinin, sığınacaqların fəaliyyəti barədə məlumat verib. 

 Məruzəçi Ombudsmanın bütün əhali qrupları kimi qadınların da ölkəmizdə hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsini daim diqqət mərkəzində saxladığını bildirərək, bu sahədə həyata keçirilən çoxşaxəli fəaliyyəti barədə təqdimat edib.