Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

13-12-2024 249 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilməkdədir.

Ədliyyə Akademiyasında Penitensiar Xidmətin əməkdaşları üçün “Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilmiş mühazirə Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Pərvin Rəhimov tərəfindən tədris edilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması,  şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyəti barədə iştirakçılara məlumat verilib.

Penitensiar Xidmətin əməkdaşlarına Avropa Penitensiar Qaydaları, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (Nelson Mandela Qaydaları), BMT-nin Məhbuslarla rəftarın əsas prinsipləri, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartları üzrə məlumatlar tədris olunub.

Ombudsmanının MPM qismində gördüyü işlər barədə suallar cavablandırılıb.