Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəyə baş çəkiblər

24-12-2024 146 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəyə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.

Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) baş çəkiblər.

Müəssisədə yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayram və yeni il münasibətilə təbrikləri çatdırılıb, onlar üçün bayram ilə əlaqədar nahar süfrəsi təşkil olunub.

Başçəkmə çərçivəsində, həmçinin Aparatın əməkdaşları tərəfindən müəssisədə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.