2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində müraciət edən şəxsləri qəbul edəcək. Qəbul Ombudsmanın Şimal Regional Mərkəzində saat 10:00-da (Ünvan: Quba şəhəri, Yusif Qasımov küçəsi 68, Əlaqə nömrəsi: (02333) 5-15-99) keçiriləcək. Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.
Məlumat üçün bildiririk ki, 26 dekabr tarixinə Quba rayonunda nəzərdə tutulmuş vətəndaş qəbulunun tarixi Azərbaycan Respublikasının ərazisində matəm elan edilməsi ilə əlaqədar 27 dekabr saat 10:00 tarixinə keçirilib.