Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Təyyarə qəzası ilə əlaqədar Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb

25-12-2024 298 dəfə oxunub
Təyyarə qəzası ilə əlaqədar Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Artur Lastayev ilə əlaqə saxlayıb, “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Birbaşa fasiləsiz təmasın yaradılması məqsədilə Qazaxıstan və Azərbaycan Ombudsman təsisatlarının əməkdaşlarından ibarət işçi qrupu yaradılmaqla, zəruri məlumatların bölüşülməsi təmin olunub. Hadisə ilə bağlı məsələlər diqqətdə saxlanılır, ictimaiyyətə əlavə məlumat veriləcək.