Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Konstitusiya və Suverenlik İli” ilə bağlı regionlarda silsilə maarifləndirmə tədbirləri keçirilib

04-03-2025 90 dəfə oxunub
“Konstitusiya və Suverenlik İli” ilə bağlı regionlarda silsilə maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub regional mərkəzləri tərəfindən Xızı, Şəki, Mingəçevir, Oğuz, Samux, Daşkəsən və Yardımlıda ölkə Prezidentinin Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə maarifləndirmə tədbirləri təşkil edilib.

“İnsan hüquqlarının konstitusion təminatları”, “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi”, “Konstitusion hüquqların müdafiəsi mexanizmləri”, “Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” və digər mövzularda keçirilmiş tədbirlərdə çıxışlar zamanı 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu qeyd edilib.

Həmçinin Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.