Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əməkdaşları üçün hüquqi maarifləndirici tədbirlər keçirilib

05-03-2025 98 dəfə oxunub
Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əməkdaşları üçün hüquqi maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Göygöl rayonu 3-saylı və Gəncə şəhər 4-saylı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əməkdaşları üçün “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbirlər təşkil olunub.

Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirlərdə çıxış edərək, psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyasının təmini sahəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, Müvəkkilin təşəbbüsü ilə Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun yaradıldığını diqqətə çatdırıb.

Tədbirlərdə, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizmin mandatı, eləcə də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları və sadalanan qanunvericilik aktlarının tətbiqi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.