Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib

13-05-2025 100 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib

Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba, Lənkəran, Gəncə və Şəkidə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu”, “Konstitutsion hüquqların müdafiəsi” və “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzularında silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunması, habelə ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs edilib.

Eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə də müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, habelə Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib.

Çıxışlar zamanı, həmçinin konstitusion dəyərlərin qorunmasının əhəmiyyətindən danışılıb, mövzular üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.