Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Gəncədə vətəndaşları qəbul edib

28-07-2023 306 dəfə oxunub
Ombudsman Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncə şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla anıb.

Sonra Müvəkkil Heydər Əliyev Mərkəzində Ombudsmanın Qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlardan müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri dinlənilib, bəzi məsələlər yerində həll olunub, digər qaldırılan məsələlərin isə nəzarətdə saxlanılacağı və onların həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara müraciətlərin daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsmanın regional mərkəzlərinə, eyni zamanda, 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciət edə biləcəkləri söylənilib.