Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş maarifləndirmə tədbiri təşkil olunub

05-06-2025 193 dəfə oxunub
Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Konstitusiya və  Suverenlik İli”nə həsr edilmiş maarifləndirmə tədbiri təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Ombudsman Səbinə Əliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Ombudsman Aparatının əməkdaşları və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov giriş sözü ilə çıxış edib və tədbirin işinə uğurlar arzulayıblar.

Ombudsman Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə kompleks hüquqi islahatların aparıldığını, 1998-ci il iyunun 18-də ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib.

Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamna əsasən 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunduğunu, bu əlamətdar günlə əlaqədar Ombudsman tərəfindən hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini söyləyib.

Müvəkkil Aylıq çərçivəsində paytaxtda və ölkəmizin bütün regionlarında insan hüquqlarının müdafiəsi ilə bağlı aktual mövzuları əhatə edən maarifləndirici tədbirlərin təşkil edildiyini, geniş hüquqi təbliğat işinin aparıldığını bildirib və bugünkü tədbirin məhz həmin məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra Ombudsman Aparatının nümayəndələri “İnsan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqində Ombudsmanın rolu”, “Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti”, “Bərabərlik hüququnun təmini, təbliği və ayrı-seçkiliyin qarşısının alınması” mövzularında məruzələrlə çıxış edib, təqdimatlar nümayiş olunub.

Yekunda mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.