Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində sosial videoçarx və məlumat xarakterli materiallar geniş şəkildə yayımlanıb

17-06-2025 177 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində sosial videoçarx və məlumat xarakterli materiallar geniş şəkildə yayımlanıb

“İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə hazırlanmış bərabərlik hüququnun və ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı sosial videoçarxın, eləcə də insan hüquqlarına dair məlumat xarakterli materialların geniş şəkildə yayımlanması təmin olunub.

Belə ki, müvafiq materiallar respublikamızın televiziya və radiolarında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakı şəhərində quraşdırılmış monitorlarında, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkandakı reklam lövhələrində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Koroğlu Nəqliyyat-Mübadilə Mərkəzində və dayanacaqlarda yayımlanmaqdadır.

Göstərilən dəstəyə görə tərəfdaş qurumlara - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə - Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, Azərbaycan Respublikası Audiovizual Şurasına və ölkəmizdə peyk yayımı həyata keçirən bütün teleradio şirkətlərinə, həmçinin Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə təşəkkür edirik.