Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan və Türkiyə Ombudsmanları arasında görüş keçirilib

18-06-2025 204 dəfə oxunub
Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan və Türkiyə Ombudsmanları arasında görüş keçirilib

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.