Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar

21-06-2025 195 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 21 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu orden və medallarla təltif ediliblər. Təltif olunan dövlət qulluqçuları sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da vardır.

Dövlət qulluqçularının fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk. Həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

https://president.az/az/articles/view/69218