Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva Şəkidə vətəndaşları qəbul edəcək

22-09-2025 341 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva Şəkidə vətəndaşları qəbul edəcək

2025-ci il sentyabrın 23-də Şəki şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müraciət edən şəxsləri qəbul edəcək. Qəbul Şəki "ASAN xidmət" mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək. Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.