Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi-maarifləndici tədbir keçirilib

10-10-2025 419 dəfə oxunub
“Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi-maarifləndici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Narkomaniya ilə mübarizənin hüquqi və sosial-ictimai aspektləri” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.

Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi sahəsində mövcud olan normativ hüquqi aktlar, narkomaniyanın səbəb olduğu sosial fəsadlardan danışıb.

Xüsusilə Ombudsmanın narkomaniya ilə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti, uşaq və gənclərin iştirakı ilə keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.