Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib

17-10-2025 1054 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzi tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasından, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından bəhs edilib.

Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verilib.