Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq Hüquqları Aylığı çərçivəsində Naftalanda hüquqi-maarifləndici tədbir keçirilib

23-10-2025 543 dəfə oxunub
Uşaq Hüquqları Aylığı çərçivəsində Naftalanda hüquqi-maarifləndici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin təşəbbüsü, Naftalan şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Naftalan şəhər polis şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan şəhər 1 saylı tam orta məktəbində “Uşaqlar öz hüquqlarını necə başa düşür” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.

Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyəti barədə məlumat verib. Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra mövzu üzrə çıxışlar dinlənilib və aidiyyəti qurumların nümayəndələri tərəfindən məktəblilərin sualları cavablandırılıb.