Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib

31-10-2025 357 dəfə oxunub
Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib

Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşlarına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.