Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxının təqdimatında iştirak edib

04-11-2025 240 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxının təqdimatında iştirak edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanmış “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarxın nümayişi keçirilib.

Sosial Tədqiqatlar Mərkəzində Milli Məclisin deputatlarının, dövlət qurumlarının, QHT və media nümayəndələrinin, xarici olkələrdən gəlmiş qonaqların iştirakı ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov iştirak edib.

Əlilliyi olan qaçqın qadınların həyat hekayələri, onların üzləşdiyi çətinliklər, həyat mübarizəsi və cəmiyyətə inteqrasiya səylərinin əks olunduğu videoçarxın nümayişindən sonra aparılan müzakirələrdə çıxış edən M.Mahmudov Ombudsman təsisatının Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınların, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Eyni zamanda, Ombudsman Səbinə Əliyevanın indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması üçün müxtəlif aparıcı beynəlxalq təşkilatlar qarşısında fəal təşəbbüslərlə çıxış etdiyi qeyd olunub.