Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa keçirilib

07-11-2025 326 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dillər Universitetində “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “Uşaq Hüquqları Aylığı – gələcəyin qorunması naminə bir çağırış” mövzusunda çıxış edib, Azərbaycan Ombudsmanının uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, uşaqların hüquq və azadlıqlarının təminində maarifləndirmə işinin önəmini vurğulayıb.

M.Mahmudov, həmçinin Ombudsmana müraciət üsullarından bəhs edib, o cümlədən müraciətlərin 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi vasitəsilə də qəbul edildiyini diqqətə çatdırıb.

Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, tələbələri, müəllimləri və təhsil nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.