Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ANAMA-nın 25 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak edib

18-07-2023 204 dəfə oxunub
Ombudsman ANAMA-nın 25 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət rəsmilərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Ombudsman ANAMA-nın rəhbərliyini və kollektivi yubiley münasibətilə təbrik edib, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Müvəkkil mina probleminin aradan qaldırılmasının dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu qeyd edərək minaların və hərbi sursatların partlaması nəticəsində bu günədək 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını, bu göstəricilərin artmaqda davam etdiyini bildirib.

S.Əliyeva mövcud mina probleminin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdış prosesini ləngitdiyini, bölgədə həyata keçirilən bərpa və quruculuq işlərinə, habelə regionda sülh quruculuğu prosesinə ciddi maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsman həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə də mülki əhalinin hədəfə alındığı şəhər və rayonlarda faktaraşdırıcı missiyaların həyata keçirildiyini, mina xəritələrinin verilməməsinə görə mina terrorunun davam etməsi barədə məlumatların qeyd edildiyi xüsusi Ad-hoc hesabatının hazırlandığını bildirib. Müvəkkil hazırlanmış sənədlərin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.